Türkiyənin "Fənərbağça" klubunda baş məşqçi postuna əsas namizədlər bəlli olub.

"NTV Spor"a istinadən, İstanbul təmsilçisi 3 mütəxəssisdən birinə həvalə ediləcək.

Bunlar Kenan Koçak, İsmail Kartal və hazırda Çinin "Beytszin Qoan" klubuna rəhbərlik edən xorvatiyalı Slaven Biliçdir.

Klub rəhbərliyi hazırda İsmail Kartalın təyinatına müsbət baxır. O, 2014/2015 mövsümündə komandanın sükanı arxasında olub.

Qeyd edək ki, "Fənərbağça" ötən gün baş məşqçisi Vitor Pereyranı istefaya göndərib.